ABŞ-da ən iri mağaza şəbəkələrindən biri olan “Walmart”ın rəhbərliyi bu il yayda həmin mağazalarda iki dəfə kütləvi güllələmə hadisəsindən sonra silah və sursat satışını məhdudlaşdırmağı qərara alır.
İnsider.az xəbər verir ki, şirkətin direktoru Daq Makmillon çərşənbə axşamı yazılı bəyanat dərc edib. O bildirib ki, adətən bəzi ov tüfəngləri üçün istifadə edilən, lakin ordu silahları üçün də istifadə edilə biləcək tüfənglər üçün döyüş sursatlarının bəzi növlərinin satışı dayandırılacaq.
Bundan əlavə, mağazanın anbarlarında hazırda mövcud olan ehtiyatlar satılıb qurtarandan sonra tapançalar üçün güllələrin, habelə tapançaların özlərinin satışı tamamilə dayandırılacaq.
Makmillonun sözlərinə görə, bu tədbirlər Amerika silah-sursat bazarında şirkətin payını azaldaraq indiki 20 faizdən 6-9 faizə endirəcək.
Makmillon bildirib ki, iyulun 30-da Missisipi ştatının Sautheyvend şəhərində və avqustun 3-də Texas ştatının El-Paso şəhərində insanların kütləvi şəkildə atəşə tutulması nəticəsində 24 nəfər həlak olub. Ohayo ştatının Deyton şəhərində və Texas ştatının Odessa şəhərində insanların kütləvi şəkildə qətlə yetirilməsi də “Walmart” rəhbərliyinin bu qərarı üçün əsas səbəb olub.
© Azertag.az