"Walt Disney" rəhbəri şirkətin yenidən təşkili zamanı 7 min işçinin işdən çıxarıldığını açıqlayıb.
“Walt Disney”in rəhbərliyi şirkətin yenidən təşkil etmək niyyətindədir. Bu çərçivədə 7 min işçinin ixtisar edilməsi planlaşdırılır.
Bu barədə müəssisənin baş direktoru Robert İqer investorlar ilə görüşü zamanı bildirib.
Yeni plana əsasən, üç bölmə meydana çıxacaq: birincisi kino və televiziya sahəsindəki məzmunun böyük hissəsinə, ikincisi idman proqramlarına, üçüncüsü tematik parklara və satışa cavabdeh olacaq.
Şirkət rəhbərliyi təxminən 5,5 milyard dollar qənaət etməyi gözləyir.
Bundan əlavə, şirkət 7000 işçini ixtisar edəcək ki, bu da onun ümumi işçilərinin təxminən 3%-ni təşkil edir.
Marja