wb-azerbaycanda-tam-vaksinlenmis-insanlarin-sayi-dunya-gostericisinden-yuksekdir

WB: Azərbaycanda tam vaksinlənmiş insanların sayı dünya göstəricisindən yüksəkdir

Sentyabrın sonuna qədər, Avropa və Mərkəzi Asiya regionunun 5 ölkəsində (Azərbaycan, Xorvatiya, Macarıstan, Polşa və Türkiyə) tam vaksinlənmiş insanların sayı dünya üzrə orta göstəricisindən yüksək idi.

Bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Sənədə əsasən, vaksinləşmə sürəti son zamanlarda artsa da, qismən yüksək vaksin istəksizliyi səbəbi ilə bölgə iqtisadiyyatlarının üçtə birində vaksin dozalarının sayı qlobal nisbətin təxminən yarısı və ya daha aşağı idi.

Aşağı vaksinləşmə nisbətlərinə sahib bir çox Avropa və Mərkəzi Asiya ölkələrində, III rübdə koronavirusdan ölüm hallarında artım xüsusilə nəzərə çarpıb.

Report