“WeWork” kovorkinq şəbəkəsi 2,9 milyard dollar məbləğlə “ARK” investisiya fondu yaradıb. Bu fond daşınmaz əmlakın alışı və idarəolunması üçün platformadır.
İnsider.az “CNBC”-yə istinadla xəbər verir ki, “ARK” binalarda obyektlərin satınalması ilə məşğul olacaq. Daha sonra fond əldə olunmuş sahələri “WeWork”-ə icarəyə verməyi planlaşdırır.
Şirkətin rəhbəri Adam Neyman öz aktivlərinin bir hissəsini “ARK”-a keçirəcək. Fond “WeWork”-un əsas biznesindən sərbəst idarə olunacaq, lakin şirkətin nəzarəti altında qalacaq.
Qeyd edək ki, şirkət 2019-cu ilin aprelində ilkin icitmai təklifə (IPO) ərizə vermişdi.
Samirə Məmmədova