world-e-commerce-forum-bu-gun-basa-catir

“World E-Commerce Forum” bu gün başa çatır

İstanbulda 34 ölkədən 20 minə yaxın iştirakçını bir araya gətirən “World E-Commerce Forum” bu gün başa çatır.

Elektron ticarət ekosisteminin bütün maraqlı tərəflərini bir araya gətirərək və 2,5 milyard dollarlıq iş həcmini hədəfləyir.

“Elektron ticarət Davosu” olaraq 9-cu dəfə təşkil edilən Dünya Elektron Ticarət Forumu çərçivəsində dünya e-ticarət nəhəngləri İstanbulda bir araya gəlib. Sentyabrın 28-də İstanbul WOW Konqres Mərkəzində qapılarını açan sentyabrın 30-dək davam edəcək forum çərçivəsində 150 ​​min B2B görüş təşkil edilib.

Dünya e-ticarətinin yeni yol xəritəsinin hazırlanacağı forumda, gələcəyə baxış və trendlər müzakirə olunub. Məlumat xarakterli görüşlərlə yanaşı, həm də iştirakçılarına yeni əməkdaşlıq və kommersiya tərəfdaşlıqları qurmaq imkanı verilib. 3 gün ərzində Türkiyədə e-ticarətin ürəyini döyündürəcək foruma sektorun aparıcı markaları ilə yanaşı dövlət və özəl sektordan yüksəksəviyyəli adlar, iştirakçı ölkələrin səfirlikləri də ev sahibliyi etdi.

Səbinə Səmidxan