“WTI” markalı neftin qiyməti 2014-cü ilin noyabr ayından bu yana ilk dəfə bir barel üçün 77 ABŞ dollarını keçib.
Bu növdən olan neftin noyabr fyuçerslərinin qiyməti ticarət gedişatında 1,7 % bahalaşaraq bir barel üçün 77,17 ABŞ dolları olub.
“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,83 % artaraq bir barel üçün 80,73 ABŞ dolları təşkil edib.