xalq-bank-a-mexsus-kartlardan-silinen-vesaitler-geri-qaytarilib

“Xalq Bank”a məxsus kartlardan silinən vəsaitlər geri qaytarılıb

“Xalq Bank” ASC müştərilərinə müraciət edib.

İnsider.az xəbər verir ki, müraciətdə bildirilir ki, bu gün texniki nasazlıqla əlaqədar müştərilərin kart hesablarından vəsaitlərin silinməsi halları baş verib.

“Nasazlıq aradan qaldırılıb, balansınız bərpa olunub. Narahatlığa görə üzr istəyirik”, - deyə müraciətdə qeyd olunub. 

Report