xarici-vetendaslarin-azerbaycanda-kartlar-ile-apardiqlari-emeliyyatlarin-hecmi-azalib

Xarici vətəndaşların Azərbaycanda kartlar ilə apardıqları əməliyyatların həcmi azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayı təqdim edilib.

“İxrac İcmalı”nda məlumat verilib ki, bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon dollar təşkil etmişdi.