xercengle-mubarize-ucun-suni-huceyreler-icad-olunub

Xərçənglə mübarizə üçün süni hüceyrələr icad olunub

London İmperial Kollecində alimlər xərçənglə mübarizənin yeni texnologiyasını – süni hüceyrələri yaradıblar.

İnsider.az bu barədə “Phys.org”-a istinadən xəbər verir.

İcad edilmiş hüceyrələr ətraf mühit faktorlarını insan bədəni daxilində qəbul etmək və qıcıqlandırıcılara cavab olaraq dərman maddələri ifraz etmək qabiliyyətinə malikdirlər.

Belə hüceyrə məsaməli membranla təchiz olunub – onun üzərindən kalsium ionları keçə bilər. Sonuncular daxildə olan fermetli qabarcıqları aktivləşdirir, onlar isə, öz növbəsində, fluoresensiyalaşan zərrəcikləri çıxarmağa kömək edir.

Alimlər qeyd edir ki, onlar sadəcə təhlükəli kənar məhsullardan təmizlənmə mexanizminə ehtiyac duymayan təbii metabolik yolu təzələyiblər. Süni hüceyrələr xərçəng şişlərinin bioloji markerlərini müəyyən edir və dərmanı zəruri yerə çatdırırlar. Həmçinin onlar ağır metalları aşkar edə, çirkləndiriciləri bağlaya və zərərsizləşdirə bilirlər.

Samirə  Məmmədova