xercleri-azaltmaq-ucun-3-min-neferi-isden-cixaracaq

Xərcləri azaltmaq üçün 3 min nəfəri işdən çıxaracaq

Hindistanın polad istehsalçısı "Tata Steel Ltd", xərcləri azaltmaq üçün Avropadakı əməliyyatları üzrə 3 min nəfəri işdən çıxarmağı planlaşdırır. 

İnsider.az xəbər verir ki, İngiltərə və Hollandiyada  zavodları olan "Tata Steel Ltd" tərəfindən yayılan açıqlamada,  ixtisarların üçdə ikisinin ofis işçilərindən ediləcəyi qeyd edilib. 

"Tata Steel Ltd" açıqlamasında bildirib ki, Avropa Birliyində (AB) polada tələb azalıb, eyni zamanda qlobal təklif artıb. 

Avropada polad bazarı bu il düşən tələb, yavaşlayan iqtisadiyyat və xaricdən (Türkiyə, Rusiya və Çin) davamlı olaraq davam edən təklif ilə gedərək artan maneələrlə qarşı-qarşıya qalıb.

Marja