xetai-rayonunun-bir-hissesi-isiqsiz-qaldi

Xətai rayonunun bir hissəsi işıqsız qaldı

Bakının Xətai rayonunun bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.

Bildirilib ki, artıq bir neçə saatdır Xətai rayonu, Lütfi Zadə 10 ünvanında işıq yanmır.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin sözçüsü Vaqif Aydınoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidə qəza baş verib:

“Hazırda qəza xidməti ərazidə çalışır. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.

Oxu.Az