xezer-ve-qara-deniz-limanlari-birlesdirilsin-rusiyadan-teklif

Xəzər və Qara dəniz limanları birləşdirilsin - Rusiyadan təklif

Xəzər dənizindəki limanları inkişaf etdirdikdən sonra Xəzər dənizi ilə Qara dənizi modernləşdirilmiş dəmir yolu və avtomobil yolları ilə birləşdirmək lazımdır.

İnsider.az xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz İşləri üzrə naziri Sergey Çebotaryov bildirib.

"Belə alınır ki, yüklər Xəzər dənizindən birbaşa yollarla Qara dənizə, Novorossiysk, Krım və digər limanlara gedəcək. Bax orada iqtisadiyyatın inkişafı üçün daha bir imkan yaranır. Təbii ki, bu, tranzit potensialıdır, amma eyni zamanda siyasi məqamdır. Ona görə də bu ideyanı həyata keçirmək üçün səylərimizə davam edəcəyik", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tranzit potensialını aktiv şəkildə inkişaf etdirir və Xəzər dənizi və Qara dəniz vasitəsilə kommunikasiya axınları yaradır.

©Report.az