xezine-15-milyon-manat-borc-aldi

Xəzinə 15 milyon manat borc aldı

26 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin  15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 94.9646  AZN (10.05000%) və 101.3105 AZN (8.0000%) olan 29 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.7837 (8.200%) orta ölçülmüş qiyməti 100.8152 (8.1880%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 milyon 963 min 500 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi  22.11.2022-ci il.

Hərrac iştirakçıları 27 noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.