xezine-yeniden-boyuk-meblegde-borc-alir

Xəzinə yenidən böyük məbləğdə borc alır

29 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 100 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. 

İstiqrazların buraxılış parametrləri:

Dövlət istiqrazının növü: Diskontlu, qısamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu: AZ0104002974

Emissiya həcmi: 100 000 000 manat

Nominal dəyəri: 100 manat

İstiqrazların tədavül müddəti: 364  gün

Ödəmə tarixi: 28.11.2023

Anderrayter: Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

Marja