xiaomi-nin-tesiscisi-merce-gore-149-milyon-dollar-uduzdu

“Xiaomi”-nin təsisçisi mərcə görə 149 milyon dollar uduzdu

2013-cü ildə “Xiaomi” şirkətinin rəhbəri Ley Tzün televiziya efirində bəyan etmişdi ki, şirkətinin mənfəəti beş ildən sonra “Gree Electric Appliances” kondisioner istehsalçısının mənfəətini ötüb keçəcək.

İnsider.az "Bloomberg"-a istinadla bildirir ki, həmin vaxt “Gree” bütün göstəricilər üzrə “Xiaomi”-ni qabaqlayırdı. O zamanlar Tzünün bəyanatı kiçik şirkətin yerli bazardakı nüfuzlu “ağırçəkili” şirkətə meydan oxuması kimi dəyərləndirilirdi.

Tzün 1 yuandan mərcə gəlməyi təklif etdi, lakin “Gree”-nin rəhbəri Dun Minçju stavkanı 1 milyard yuana (təxminən 253 milyon 300 min manat) qədər artırmağı təklif etdi.

2019-cu ilin aprelin 28-i “Gree” 2018-ci il üzrə 198 milyard yuanlıq (təxminən 49 milyon 980 min manat) mənfəəti barədə hesabat verdi. “Bloomberg” yazır ki, bu, demək olar, “Xiaomi”-nin illik mənfəətindən 20 milyard yuan (təxminən 4 milyon 930 min manat) çoxdur.

“Xiaomi” nümayəndəsi şərh verməkdən imtina edib, ona görə də, hələ ki, Tzünün mərcdə uduzulmuş pulu ödəyib-ödəməyəcəyi məlum deyil.

Samirə Məmmədova