yandeks-iscilerin-motivasiya-proqramina-kapital-yonlendirmeyi-planlasdirir

“Yandeks” işçilərin motivasiya proqramına kapital yönləndirməyi planlaşdırır

“Yandeks”-in direktorlar şurası səhmdarlara əməkdaşların motivasiya proqramını genişləndirməyi təklif edib. İnsider.az bunu “Vedomosti”-yə istinadla xəbər verir.

Şirkət tərəfindən dəqiqləşdirilib ki, 2019-cu ilin sonuna kimi proqram şirkət əməkdaşlarının təxminən 50%-ə toxunmalıdır. Mükafat üçün bütün işçilər qatıla bilər, proqram onların hər birinin vəzifəsinə və işlərin nəticələrinin qiymətlərinə əsaslandırılıb.

“Yandeks” əməkdaşlarından biri “Vedomosti”-yə bildirib ki, şirkətin opsionlarla həvəsləndirmə proqramı, o cümlədən, sıravi mütəxəssislərə də aiddir. Proqramı Rusiya İT-bazarında ən kütləvilərdən biri saymaq olar.

2019-cu ilin martın 31-ə olan məlumatlara əsasən, əməkdaşların mükafatlandırmasına “Yandeks”-in kapitalından 15% ayrılıb. Onlardan təxminən 2% - A sinfinin 6,6 milyon səhmləri – bölüşdürülməyib. Direktorlar şurası daha 16,2 milyon belə səhmin ayrılmasını xahiş edib. Belə halda şirkət motivasiya proqramına bölüşdürlməmiş kapitalın 7%-dək yönləndirə bilər, bütün proqram isə kapitalın 20%-ə kimi arta bilərdi.

Şirkətdə hesab edirlər ki, bu cür dəyişikliklərlə səhmlər proqramın 2-3 ilinə kifayət edər. Lakin bu yalnız qiymətləndirmədir – kağız ehtiyyatı səhm dəyəri, rəqiblərin mükafatlandırması, işə götürülmə və digər faktorlardan asılı olaraq müxtəlif cür istifadə oluna bilər.

Samirə Məmmədova