yandeks-ve-hyundai-dan-yenilik

“Yandeks” və “Hyundai”-dan YENİLİK

“Yandeks” və “Hyundai Mobis” (“Hyundai Motor Group”-un "törəməsi") 2020-ci ilin “Hyundai Sonata” modeli əsasında pilotsuz prototip təqdim ediblər. İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

Tərəflər prototip üzərində 2019-cu il may ayından etibarən çalışırdılar. Hazırda ilk avtonom “Sonata” poliqondakı testləri yekunlaşdırır və Moskva yollarına çıxmağa hazırlaşır. “Yandeks” “Hyundai” və “Kia”-nın yeni xəttinin digər modellərilə də çalışacaq.

Qeyd edək ki, cari ilin sonunadək “Yandeks” ümumi istifadə yollarına 100-dən çox pilotsuz avtomobil çıxarmağı planlaşdırır. Bunlardan 50-i artıq hazırdır – bu avtomobillər “Toyota Prius” əsasında olanlardır.

Samirə Məmmədova