Rusiya internet nəhəngi 2030-cu ilə qədər regionda “Uber” brendindən istifadə hüququnu saxlayır.
Rusiya internet şirkəti və axtarış sistemi Yandex qlobal taksi xidməti "Uber"lə yeni razılığa gəlib. "Uber" hələ 2018-ci ildə "Yandex"lə qurduğu birgə müəssisə olan MLU-dakı aşağıdakı paylarını satır:
"Yandex Eats", "Yandex Lavka" və "Yandex Delivery"də 33,5% pay;
"Yandex Self-Driving Group"da 18,2% pay və
Yenidən təşkil oluna MLU-da əlavə 4,5% pay.
"Yandex" bu sövdələşmə üçün "Uber"ə 1 milyard dollar ödəyəcək. Yenidən təşkil olunan şirkətdə "Yandex" 71%, “Uber” 29% paya malik olacaq. Həmçinin, 2030-cu ilə qədər Rusiya və bir sıra keçmiş Sovet ölkələrində (o cümlədən Azərbaycanda) “Uber” brendindən istifadə lisenziyası Yandex-ə məxsus olacaq.
Bundan əlavə, müqaviləyə əsasən, "Yandex" “Uber”in qalan 29% payını 2023-cü ilin sentyabrına qədər 1,8 milyard dollara satın alma hüququnu da saxlayır.
Marja