Bu ilin beş ayında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 41,7 milyon manat olub.
İnsider.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3 milyard 518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz çoxalaraq 4 milyard 523,1 milyon manata çatıb.
İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.