2022-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1875 nəfər gələn, Azərbaycandan isə 707 nəfər gedən qeydə alınıb.
Dövlət Statistika Komitəsindən İnsider.az-a verilən xəbərə görə, miqrasiya saldosu ölkə üzrə müsbət 1168 nəfər təşkil edib.