Naməlum cinayətkarlar yapon onlayn-birjası olan “Bitpoint Japan”-ın hesabından kriptovalyutada təxminən 35 milyard yen (32 milyon dollar) oğurlayıblar. İnsider.az bunu “TASS”-a istinadla xəbər verir.
“İyulun 11-dən 12-ə keçən gecə virtual valyuta ticarəti sistemində vəsait köçürülməsi xətası baş verib. Aparılmış təhqiqat göstərdi ki, dələduzluq əməliyyatı nəticəsində qeyri-qanuni kriptovalyuta çıxarılması baş verib. Oğurlanmış aktivlərin ümumi məbləği 3,5 milyard yendir, bunun 2,5 milyardı (23 milyon dollar) isə müştərilərin vəsaitidir", – deyə ismarışda qeyd olunur.
“Bitpoint Japan”-ın nümayəndələri yaranmış vəziyyətə görə üzr istəyib, ən qısa zaman ərzində problemi həll edəcəklərini vəd ediblər. Hal-hazırda isə birjada bütün əməliyyatlar dayandırılıb.
Samirə Məmmədova