yaponiya-baliqci-gemisinin-saxlanmasina-gore-rusiyaya-etirazini-bildirib

Yaponiya balıqçı gəmisinin saxlanmasına görə Rusiyaya etirazını bildirib

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) balıqçı gəmisinin saxlanmasına görə Rusiya tərəfinə etirazını bildirib. Qeyd olunub ki, gəmi Yaponiyanın xüsusi iqtisadi zonasında saxlanılıb.

Bəyanatda balıqçı gəmisinin və heyətin tezliklə azad edilməsinə çağırış öz əksini tapıb.

Qeyd edilir ki, ötən cümə günü Rusiyanın Uzaq Şərq regionunda yerləşən Saxalin sərhəd dəstəsi “Eihomaru” balıqçı gəmisini bu ölkəyə məxsus iqtisadi zonada ov apardığına görə saxlayıb.

İyunun 2-də Yaponiya XİN məsələnin gəmi heyətinin və yerli balıqçılıq assosiasiyasının məlumatları əsasında araşdırıldığını, Rusiya tərəfinin bəyanatının qeyri-qanuni olduğunu bildirib.