yaponiya-bankindan-turk-liresi-proqnozu

Yaponiya bankından türk lirəsi proqnozu

"Bank of Tokyo-Mitsubishi" dollar/tl məzənnəsinin yüksələcəyini gözləyir. 

İnsider.az xəbər verir ki, Bankın məzənnə strateqi Li Hardman, ABŞ ilə Çin arasındakı müharibələrinin investorlar üçün risk yaratdığını və baş verən proseslərin inkişaf etməkdə olan ölkələrin pul vahidlərinə təzyiqi artırdığını bildirib.

Hardman Fed-in faizləri daha çox azaltmasının inkişaf edən ölkələrin faiz endirmələri üçün də əsas olduğunu deyib.

Hardman xarici mühitin türk lirəsini (tl) daha az dəstəkləyəcəyini, tl-nin dollar qarşısında bir az da dəyər itirəcəyini bildirib. Ekspert, "Ümumi riskləri qiymətləndirdikdə tl-nin ucuzlaşacağını gözləyirik. İl sonunda məzənnə 6 səviyyəsini aşa bilər" şərhini edib.

Dollar/tl məzənnəsi ötən gecə Asiya seansında "zərəri dayandır" əmirlərinin çalışması ilə 6.39 səviyyəsini test etmişdi.

©Marja