Yaponiya Mərkəzi Bankı (BoJ) faiz qərarını açıqlayıb.
İnsdier.az xəbər verir ki, BoJ faizdə dəyişiklik etməyib və mənfi 0,1% səviyyəsində sabit saxlayıb. Bank təşviq proqramında da dəyişmiklik etməyib. İqtisadçılar da sentyabr iclasında faizlərin və qiymətli kağız alışı proqramının sabit qalacağını təxmin etmişdilər.
Qlobal iqtisadi yavaşlama ilə əlaqədar olaraq ABŞ Mərkəzi Bankı (Fed) və Avropa Mərkəzi Bankı (ECB) kimi iri mərkəzi banklar faiz endiriminə gedirlər. BOJ isə hələlik gözləyir. İqtisadçılar Yaponiya Mərkəzi Bankının da qarşıdakı iclasda pul siyasətini daha da yumuşaldacağını (faizləri daha da aşağı salacağını) gözləyirlər. Qlobal tələbin azalması Yaponiyanın ixracının azalmasına və iqtisadi artımın düşməsinə səbəb olur.
©“Marja”