Yaponiya hökuməti aprelin 29-dan ölkəyə giriş zamanı koronavirusla əlaqədar qüvvədə olan bütün məhdudlaşdırıcı tədbirləri ləğv etmək qərarına gəlib.
Bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bildirib:
“Aprelin 29-dan ölkəyə giriş məhdudiyyətləri qaldırılacaq, PCR testinin və ya peyvənd sertifikatının təqdim edilməsinə ehtiyac olmayacaq”.
Digər tələblər və məhdudiyyətlər, o cümlədən karantin Yaponiya hökuməti tərəfindən keçən il ləğv edilib.