Yaponiya Mərkəz Bankı, Fed-dən gözlənilən mümkün faiz endirimi ərəfəsində "gözlə gör" duruşu ilə pul siyasətini dəyişdirmədi.
Bu gün Yaponiya Mərkəzi Bankının (BoJ) İdarə Heyətinin keçirilmiş iclasında faizlər sabit saxlanıb.
İnsider.az xəbər verir ki, Bank, faizi mənfi 0.1 faiz səviyyəsində, 10 illik istiqraz faizi hədəfini təxminən 0-da saxlayıb və şifahi istiqamətləndirmədə dəyişikliyə getməyib.
Bank qiymətli kağız alışı proqramında da dəyişiklik etməyib.
Bank tərəfindən verilən açıqlamada, "Qiymət hədəfinə (inflyasiyaya) yönəlmiş risklərin artması halında genişlənmə məsələsində tərəddüd edilməyəcəyi" bildirilib.
©Marja