yaponiya-rusiyaya-etiraz-bildirdi

Yaponiya Rusiyaya etiraz bildirdi

Yaponiya Rusiyaya etiraz bildirib.

Buna səbəb Çin də daxil olmaqla Yaponiyanın iddia etdiyi adalarda keçirdikləri çoxmillətli hərbi təlimlər olub.

Pekin Moskva ilə hərbi əməkdaşlıq qurur. Həmçinin avqustun sonundan Rusiyanın Uzaq Şərqində keçirilən çoxmillətli “Vostok-2020” təlimlərində iştirak edir.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokadzu Matsuno Yaponiyanın Şimal Əraziləri adlandırdığı mübahisəli adalarda təlim keçirilməsini tənqid edib. Onun sözlərinə görə, Yaponiya Müdafiə Nazirliyi altı Rusiya və Çin hərbi gəmisini müşahidə edib. Gəmilərin Kamui burnundan təxminən 190 kilometr qərbdə Yapon dənizinə pulemyotlardan atəş açdığı izlənilib.

“Yaponiya ciddi narahatlıqla bu gəmilərin hərəkətini izləməyə davam edəcək. Yaponiyanı əhatə edən sularda xəbərdarlıq və müşahidə fəaliyyətinin həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görəcək”, - deyə Matsuno mətbuat konfransında bildirib.

Oxu.Az