yaponiya-ve-rusiya-birge-qaz-hasil-edecek-raziliga-gelibler

Yaponiya və Rusiya birgə qaz hasil edəcək - RAZILIĞA GƏLİBLƏR

Yaponiya və Rusiyanın ikitərəfli iqtisadi əməkdaşlığa məsul nazirləri Arktikanın Rusiyaya aid hissəsində böyük qaz hasilatı layihəsinə yapon şirkətlərinin də cəlb edilməsi barədə razılığa gəliblər.

İnsider.az xəbər verir ki, Yaponiyanın Rusiya ilə iqtisadi əməkdaşlıq naziri Hiroşiqe Seko iyunun 10-da Tokioda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb. Müzakirələrin əsas məqsədinin iyunun sonunda Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Baş nazir Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünün təşkili olduğu bildirilir.

H.Seko rusiyalı nazirə deyib ki, Yaponiya şirkətləri ümumi dəyəri təqribən 28 milyard dollar olan təbii qazın hasilatı layihəsinin səhmlərinin 10 faizini əldə etmək niyyətindədir. O, həmçinin qeyd edib ki, nəhəng “Mitsui” şirkəti də daxil olmaqla yapon şirkətləri layihəyə qatılmaq üçün hazırlığın son mərhələsindədir.

M.Oreşkin Yaponiya şirkətlərinin bu layihəyə qoşulacağına ümidvar olduğunu bildirib.

© Report