yaponiyada-guclu-zelzele-bas-verdi

Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib, sunami təhlükəsi var.

Seysmoloqlar Yaponiyanın şimal-şərqində baş verən zəlzələnin maqnitudasının 7,3 bal olduğunu bildiriblər.

Daha bir güclü zəlzələ üçün fövqəladə xəbərdarlıq sistemi işə düşüb, insanlar masaların altında gizlənməyə çağırılır.

Yaponiyanın şimal-şərqində təxminən bir metr hündürlüyündə sunami təhlükəsi elan edilib.

İlk sunami dalğaları Yaponiyanın şimal-şərq sahillərinə 10-15 dəqiqəyə çatacaq.

Mütəxəssislər zəlzələdən sonra Fukusima-1 və Fukusima-2 atom elektrik stansiyalarında fövqəladə vəziyyətləri yoxlayırlar, - media xəbər verir.

Kyodo agentliyi xəbər verir ki, zəlzələdən sonra Fukusima prefekturasının ən azı bir şəhərində elektrik enerjisi kəsilib.

Marja