yaponiyada-guclu-zelzele-olub-yaralananlar-var-foto

Yaponiyada güclü zəlzələ olub: Yaralananlar var - FOTO

Yaponiyanın şimal-şərqində İvate prefekturasının Sakit okean sahillərində altı bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində üç nəfər yaralanıb.

Yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə olub.

Zəlzələ 12 prefekturada hiss edilib.

Sunami təhlükəsinin olmadığı vurğulanır.

Meteoroloqlar yeraltı təkanların hələ bir həftə daha davam edəcəyini və yaxın 2-3 gün ərzində xüsusilə güclü olacağı barədə xəbərdarlıq ediblər.

 

Mənbə: “Kyodo”