yaponiyada-inflyasiya-iki-ilin-en-asagi-seviyyesinde

Yaponiyada inflyasiya iki ilin ən aşağı səviyyəsində

Yaponiyada inflyasiya Avqustda 0.5 faiz səviyyəsində olub

İnsider.az xəbər verir ki, Yaponiyada inflyasiya 2017-ci ildən bu yana ən aşağı səviyyəsinə enib.

Daxili işlər Nazirliyinin açıqladığı məlumatlara görə, təzə ərzaq qiymətləri istisna istehlakçı qiymətləri iqtisadçıların gözləntilərinə paralel olaraq, Avqustda bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 0.5 faiz yüksəlib.

İnflyasiyanın yavaşlamasında ən böyük amilin enerji qiymətlərindəki azalma olduğu bildirilib.

Yaponiyanın inflyasiya göstəricisi illərdir 1%-i keçə bilmir və gələcək aylarda da sakit qalmağa davam etməsi gözlənilir.

Dünən açıqlanan məlumata görə, Yaponiyanın ixracında Yanvardan bu yana ən sərt geriləmə baş verib. 

Ticarət Nazirliyinin məlumatlarına görə, ixrac Avqust ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8.2 faiz azalıb. İqtisadçıların gözləntisi 10 faiz azalma olacağı istiqamətində idi.

Çinə reallaşdırılan ixracda son üç ildə ən kəskin ikinci azalma qeydə alınıb.

Yaponiyanın ticarət balansında 136,3 milyard yen kəsir yaranıb. 

Yaponiyanın ixracı Çin iqtisadiyyatının yavaşlaması,Vaşinqton və Pekin arasında ticarət müharibəsi və qlobal texnologiya sektorunda zəifləmə ilə əlaqədar olaraq düşür.

©Marja