yaponiyanin-esas-seherlerinde-fovqelade-veziyyet-elan-olundu

Yaponiyanın əsas şəhərlərində fövqəladə vəziyyət elan olundu

Yaponiyada yeni növ koronavirusun yayılması ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən Tokyo, Osaka, Kyoto və Hyoqo bölgələrində fövqəladə vəziyyətin bərpasına qərar verilib.

Bu barədə Yaponiyanın İctimai televiziyası məlumat verib.

Bildirilir ki, müvafiq qərar cümə günü rəsmi elan ediləcək.

Qeyd edilir ki, qarşıdan gələn may tətilləri və bununla əlaqədar ölkənin ən böyük bölgələrində koronavirusun səbəb olduğu xəstəliyin yenidən alovlanması riskləri yerli hakimiyyət orqanlarını çox narahat edir.

Ölkə səlahiyyətliləri 7 yanvar tarixində bir sıra bölgələrdə fövqəladə rejim tətbiq edib. Onun ləğv edilməsindən dərhal sonra yoluxmuş insanların sayında artım tendensiyası müşahidə olunub.

Yaponiyada bu zamana qədər koronavirusa 541 496 yoluxma, 9 710 ölüm hadisəsi qeydə alınıb.