yarim-kiloqram-gilas-10-min-dollara-satilib

Yarım kiloqram gilas 10 min dollara satılıb

Yaponiyanın Yamaqata prefekturasında ilin ilk günlərində keçirilən hərracda çəkisi 500 qram olan gilas qutusu 1 milyon yenə (təqribən 9,8 min dollar) satılıb.

Bu barədə Yamaqata Kənd Təsərrüfatı Kooperativləri Assosiasiyası məlumat yayıb.

Bildirilir ki, hərracda yeni yetişdirilmiş Satonişi yerli gilas növünün iriölçülü nümunələri nümayiş etdirilib.

Qeyd edək ki, bu prefekturada ağaclar iyundan oktyabradək xüsusi çəlləklərdə saxlanır. Sonra istixanalara yerləşdirilir.

Yamaqata prefekturası Yaponiyanın ən şirin gilaslar yetişdirən ərazisi hesab olunur.