yarim-saata-ginnesin-rekordunu-yeniledi-video

Yarım saata Ginnesin rekordunu yenilədi - VİDEO

ABŞ-ın Aydaho ştatının sakini elektrik mişarı 31 dəqiqə 25 saniyə alnında saxlayaraq yenidən Ginnesin Rekordlar kitabına düşüb.

Devid Raş ilk olaraq 2017-ci ildə alnındakı elektrik mişarı 5 dəqiqə 1 saniyə ərzində alnında saxlayaraq rekord qırmışdı.

Raş deyib ki, rekordu o qədər bəyənib ki, ondan “Rekordların qırılması: 21 dünya rekordu cəhdində 21 dərs” kitabının üz qabığında istifadə edib.

Oxu.Az