Bu gün saat 12:20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib.
İnsider.az xəbər verir ki, bu barədə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin birgə məlumatında deyilir.
Məlumata görə, bu SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub:
“Narahatçılığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir. Baş vermiş kiçik fasiləyə görə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzürxaqlıq edir”.