yasat-dusergesinin-dorduncu-heftesi-basa-catib

"YAŞAT" düşərgəsinin dördüncü həftəsi başa çatıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsində bir sıra maraqlı tədbirlər təşkil olunub.

Dördüncü həftənin 5-ci günündə uşaqların idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri baş tutub.

"Azərbaycan Hava Yolları"nın peşəkar pilot və təyyarə bələdçisi düşərgədə qonaq olub, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Həmçinin uçuş təhlükəsizliyi mövzusunda təlim keçiblər. Sonda düşərgə iştirakçılarına hədiyyələr təqdim ediblər. 
Uşaqların növbəti görüşü peşəkar cüdoçu, bir çox beynəlxalq turnirlərin qalibi Rüstəm Orucovla olub. O, uşaqlarla birlikdə tatami üzərinə çıxıb, cüdo fəndləri ilə iştirakçıları tanış edib. 
Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikatlarını və müxtəlif hədiyyələrini təqdim edib.

Bununla da düşərgənin dördüncü həftəsinə yekun vurulub.
Tərəfdaşlar: “PMD Hospitality’’ şirkəti,  “Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi;
Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio