yasat-indiyedek-2-745-sehid-ailesi-ziyaret-olunub

"YAŞAT": İndiyədək 2 745 şəhid ailəsi ziyarət olunub

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

İnsider.az xəbər verir ki, Fond tərəfindən indiyədək 2 745 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda bu günədək 1 960 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. 288 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 11 847-dir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

REPORT