yayin-en-serfeli-kreditleri-bank-respublikada

Yayın ən sərfəli kreditləri Bank Respublikada

Arzular tükənməzdir, sərhəd tanımaz, zaman gözləməz! Əgər arzularınıza və məqsədlərinizə növbəti il deyil, məhz bu Yay çatmaq istəyirsinizsə, o zaman sizə xoş xəbərimiz var!

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika , COVİD-19 pandemiyası ilə əlaqədar çətinliklərlə qarşılaşan müştərilərə dəstək olmaq məqsədilə yeni yay kampaniyasına start verir. Artıq “Bank Respublika”dan kredit götürmək nəinki daha rahat, həm də daha sərfəli olacaq!

Belə ki, sentyabr ayının 1-dək “Bank Respublika”ya müraciət edən müştərilər nağd istehlak kreditlərini 15.9%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək imkanı qazanacaq.

Kreditin maksimal mәblәği 30 000 manat, müddәti isә 24 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 15 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər. Bundan başqa kredit götürən müştərilərə plastik kart HƏDİYYƏ olunacaq. Qeyd edək ki, Bank Respublikada kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, evdən çıxmadan “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən və eləcə də WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050 6 144 144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.