yeni-iphone-larin-teqdimati-youtube-da-kececek

Yeni “iPhone”-ların təqdimatı “YouTube”-da keçəcək

“Apple” yeni “iPhone”-ların və digər cihazların təqdimatını ilk dəfə olaraq “Google”-a məxsus “YouTube”-da translyasiya edəcək.

İnsider.az bu barədə “vc.u”-ya istinadla xəbər verir.

Təqdimat 2019-cu ilin sentyabrın 10-a planlaşdırılıb.

Qeyd edək ki, indiyədək birbaşa efirdə “Apple”-ın təqdimatını ancaq “Safari” və “Edge” brauzerləri vasitəsilə şirkətin saytında, 2018-ci ildən isə, “Chrome” və “Firefox” brauzerləri də əlavə olunmaqla, “Twitter”-də izləmək mümkün idi.

Samirə Məmmədova