2019-cu il iyulun 25-dən Rusiyanın “Nordavia – regional hava yolları” SC aviaşirkəti Sankt-Peterburq-Bakı birbaşa reyslərə başlayır.
“Bakıya uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri ekonom sinif salonu olan rahat Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Uçuş zamanı sərnişinlərə isti yemək, sərinləşdirici içki, çay və kofe təklif olunacaq. Biletlərin qiyməti 8 830 rubldan (təxminən 135 dollar) başlayır (bir tərəfə)”, - aviaşirkətin məlumatında qeyd olunur.
Qeyd edək ki, “Nordavia – regional hava yolları” SC aviaşirkəti ("NORDAVIA – regional airlines") 5N kodu altında 30-dan artıq Rusiya və xarici aeroportlara müntəzəm və çarter daşımalar həyata keçirir.
© İnterfaks-Azərbaycan