yeni-zelandiyadan-irana-sanksiya

Yeni Zelandiyadan İrana sanksiya

Yeni Zelandiya hökuməti etiraz aksiyalarının yatırılması ilə əlaqədar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun və Hüquq-Mühafizə Qüvvələrinin 22 rəsmisinə sanksiya tətbiq edib.

Bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern və xarici işlər naziri Nanaya Mahutanın yaydığı bəyanatda deyilir.

“Biz İranda baş verən hadisələrə daha yaxından diqqət yetirməyə və araşdırmağa davam edəcək, İran hakimiyyətini etirazlara daha yumşaq reaksiya göstərməyə və bütün ölüm hökmlərini ləğv etməyə çağıracağıq”, - hökumətin saytında yerləşdirilən sənəddə deyilir.