yerden-marsi-musahide-etmek-mumkun-olacaq

Yerdən Marsı müşahidə etmək mümkün olacaq

Mars planetini oktyabr ayı boyunca hər axşam müşahidə etmək mümkün olacaq.

“Haber Global”ın məlumatına görə, NASA bu barədə xəbər yayıb.

Bildirilir ki, “Qırmızı planet” hər axşam şərqdə və dan yeri ağarmamışdan əvvəl qərbdə parıldayacaq.

Marsın Yer kürəsinə ən yaxın yanaşması isə bu gün gözlənilir. Daha əvvəl belə bir yaxınlaşma 2003-cü ildə olmuşdu. Növbəti belə hadisə 2035-ci ilə proqnozlaşdırılıb.

Now is the time to start watching Mars.#Mars will be closest to us on 6 oct 2020 tonight . Enjoy the close appearance of Mars in Earths sky this month. Some Mars photos captured last week 90% autostakkert3, RegiStax process. #Astrophotography #StormHour #ThePhotoHour pic.twitter.com/J5nXi2jKdV

— AB_hyperX (@Trevor_Belmont2) October 6, 2020