yol-polisi-gizli-radar-qurasdirir-din-den-reaksiya

Yol polisi gizli radar quraşdırır? - DİN-dən REAKSİYA

Maştağa yolunda hasara gizli qoyulan sayğac qutusuna radar yerləşdirildiyi iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, yol polisi tərəfindən gizli şəkildə heç bir kamera qoyulmayıb:

“Sosial şəbəkələrdə vətəndaşların video yayaraq və sayğacda radarın olunması ilə bağlı iddiası düzgün deyil. Hesab edirəm ki, videoda əks olunan kameranı hasara fiziki, yaxud hüquqi şəxs evin ətrafına nəzarət etmək məqsədilə qoyub. Yol polisinin gizli kamerası ola bilməz. Daxili işlər Nazirliyi tərəfindən quraşdırılan radarlar görünən yerdə qoyulur”.

O qeyd edib ki, kameralara yaxın məsafələrdə vətəndaşların əvvəlcədən xəbərdar olması üçün informasiya-yol nişanı qoyulur.

Oxu.Az