Son zamanlar tez-tez yol-nəqliyyat hadisələri baş verir. Baş verə biləcək qəzaların qarşısını alınması üçün hansı tədbirlər görülməlidir? Yol hərəkət iştirakçılarının maarifləndirilməsi və onları təhlükəsizlik qaydalarına əməl etmək istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi hansı addımlar atır?
Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər mütəmadi olaraq sürücülərə və piyadalara təqdim olunur.
“Belə tədbirlər ölkə ərazisində, DYP stasionar postlarda, xüsusi ilə şəhərlərin küçə və prospektlərdə sürücülərə və piyadalara təqdim edirik”.
“Bu cür tədbirləin əsas mahiyyəti yol hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı sürücüləri bukletlərdə həsr olunmuş uşaqlar tərəfindən çəkilmiş yol hərəkəti təhlükəsizliyinə aid rəsm işləri ilə tanış edib yol hərəkəti qaydalarını pozmamağa dəvət etməkdən ibarətdir.
Maarifləndirici tədbir yol hərəkəti iştirakçıları tərəfindən çox müsbət qarşılanır və uşaqlar tərəfindən çəkilmiş rəsm işlərinə böyük maraq göstərilir”, - deyə R.Quliyev qeyd edib.
Polis polkovnik-leytenantı vurğulayıb ki, hər bir yol polisinin əsas funksional vəzifələrdən biri - yol hərəkəti iştirakçıların təhlükəsizliyinin təmin olunmasıdır:
“Bunun üçün lazımlı tədbirlər davamlı olaraq əməkdaşlarımız tərəfindən aparılır. Maarifləndirmə yolu bunu etmək olduqca vacibdir. Müasir dövrdə əhalinin sosial şəbəkələrə böyük maraq göstərilir.
DİN-nin rəhbərliyi bunu nəzərə alaraq DİN BDYPİ-nin fəaliyyəti ilə bağlı geniş məlumatlandırılması eləcədə maarifləndirici tədbirləri keçirilməsi üçün “dyp.polisazerbaycan” adlı “Instagram” səhifəsi yaradılmasına göstəriş verilib.
Həmin səhifədə geniş şəkildə baş verən yeniliklər və vacib olan məlumatlar ictimaiyyətə təqdim olunur. Odur ki, “dyp.polisazerbaycan” adlı “Instagram” səhifəsini izlənməsinə yol hərəkət iştirakçılarını dəvət edirik”.
R.Quliyev bildirib ki Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edib.
Oxu.az