yuanin-daha-da-ucuzlasacagi-proqnozu-verildi

Yuanın daha da ucuzlaşacağı proqnozu verildi

ABŞ-ın investisiya bankı “Bank of America Merrill Lynch” (BofAML) Donald Trampın Çin mallarına əlavə gömrük tarifini  25%-ə yüksəltməsi vəziyyətində dolların 7,5 yuana qədər yüksələ biləcəyini nəzərdə tutur (Yuan ucuzlaşacaq, Dollar bahalaşacaq).

İnsider.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 300 milyard dollarlıq Çin mallarına 1 sentyabrdan 10% əlavə gömrük vergisi tətbiq olunacağını açıqlayıb, ardından dollar/yuan məzənnəsi 2008-ci ilin maliyyə böhranından bu yana ilk dəfə 7 səviyyəsini aşıb. ABŞ, yuanın ucuzlaşmasına Çinin icazə verdiyini açıqlamış və əsas rəqibini "Məzənnə manipulyatoru" elan edib.

Bir çox analitik gərginliyin son dövrdə artması ilə Trampın Çin mallarına əlavə gömrük tarifini 25% -ə qaldıracağını bildirir. Analitiklərə görə, bu ssenaridə Fed daha çox faiz endirimi edər və dolların da yüksəlməsi çətinləşər.