yukselis-musabiqesinin-yarimfinalcilari-nazirle-gorusdu

“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları nazirlə görüşdü

“Azərbaycanda peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, yarımfinalçılarla Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri barədə müzakirələr aparılıb.

“İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək”, - deyə nazir əlavə edib.