yunanistan-adalarini-satisa-cixarir-foto-video

Yunanıstan adalarını satışa çıxarır - FOTO/VİDEO

İki min adaya sahib olan Yunanıstan altı adasını satışa çıxarıb.

“TRT Haber” məlumat verir ki, milliyyətindən asılı olmayaraq, hər kəs bu adaları ala bilər.

Bununla yanaşı, milli sərhəd və ya hərbi əraziyə yaxın olan adalar istisna təşkil edir. Buna görə, milli sərhədlər yaxınlığında Avropa ölkələrindən olmayan vətəndaşlara satış həyata keçirilməyəcək.

Bir ada almaq istəyən xarici alıcılar yerli vəkil təyin etməlidirlər.

Qeyd edək ki, Yunanıstan bundan əvvəl də adalarından bəzilərini satışa çıxarıb.