Yunanıstan hökuməti koronavirusla mübarizə üçün karantin müddətini yanvarın 7-nə qədər uzadıb.
Bu barədə RT məlumat yayıb.
Yunanıstan hökumətinin sözçüsü Stelios Petsasın sözlərinə görə, ölkədə məktəblər, iaşə obyektləri, məhkəmələr, əyləncə müəssisələri və xizək mərkəzləri bağlanacaq
Bundan əlavə, Səhiyyə Komitəsi tərəfindən təsdiqlənmiş idman yarışları istisna olmaqla digər tədbirlərə qoyulmuş məhdudiyyətlər də saxlanılacaq.