yuriy-milnerin-fondu-stockx-a-investisiya-ayiracaq

Yuriy Milnerin fondu “StockX”-a investisiya ayıracaq

Rusiya milyarderi Yuriy Milnerin fondu “DST Global” “StockX” işlənmiş krossovka servisinə yeni investisiya raunduna başçılıq edəcək.

İnsider.az bu barədə “Recode”-a istinadla yazır.

“Recode”-in verdiyi məlumata görə, yeni investisiya raundu zamanı startap ən azı 1 milyard dollar məbləğdə dəyərləndiriləcək. Danışıqlar irəliləyən mərhələdədir.

Maliyyələşdirmə raundunun dəqiq ölçüsü naməlumdur. Raundun digər gözlənilən iştirakçıları arasında Çinin “GGV Capital”-ı var. “StockX”, “DST” və “GGV”-nin hər biri şərh verməkdən imtina edib.

Qeyd edək ki, “StockX” şirkəti 2016-cı ildə biznesmen və “Cleveland Cavaliers” basketbol klubunun sahibi Den Gilbert tərəfindən təsis edilib. Servis satıcı və nadir krossovka kolleksionerləri arasında vasitəçilik edir.

Satışdan qabaq “StockX”-un əməkdaşları ayaqqabının həqiqiliyini yoxlayır, ondan sonra isə onu alıcıya yollayırlar. Öz xidmətləri üçün servis komissiya götürür – hər sövdələşmədən 5 dollar (8.50 AZN), həmçinin tranzaksiya və ödəmələrə görə komissiyanın 12,5%-i.

Krossovkalardan savayı, servis saat, çanta və geyim təklif edir. Şirkət hələ ki gəlir gətirmir. Hal-hazırda “StockX” 50 milyon dollar cəlb edib.

Samirə Məmmədova