Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.
Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.
İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən qeyd edilib.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şikayəti paylaşılmışdı. O, iddia edib ki, vaxtı ilə Səbuhi Əhmədovun komando hərbi birliyinə götürülməsi üçün mərhumdan 6 min manat pul alınıb.
Report